Logo

Koronavirusun 10 qat daha güclü olan növü ölüm rekordu qırır

Koronavirusun 10 qat daha güclü olan növü ölüm rekordu qırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Koronavirusun Braziliyada aşkarlanan "P.1” variantı Cənubi Amerika ölkələrinə ciddi təsir edib.

Sfera.az xəbər verir ki, yeni növ mutasiya ölüm rekorduna səbəb olub. Belə ki, ötən gün 1641 ölümə səbəb olan virusun digər növlərdən 10 qat daha güclü olduğu vurğulanıb.

Bununla bağlı braziliyalı mütəxəssislər SOS siqnalı veriblər. Qeyd edilib ki, yeni növ mutasiyaya daha çox gənclərdə rast gəlinir. Ölkədə ölənlərin sayı yarım milyonu ötüb. O cümlədən Cənubi Amerika ölkəsi Peru da COVID-19-un ikinci dalğa təhlükəsi ilə mübarizə aparır.

Araşdırmalardan sonra "P.1” adlanan yeni variantın əvvəllər Braziliyada aşkarlanan COVID-19 növündən 1,4 - 2,2 dəfə daha yoluxucu olduğu bəlli olub.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR