Logo

Ermənistan prezidenti baş qərargahın rəisi ilə görüşdü

Ermənistan prezidenti baş qərargahın rəisi ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanla görüşüb.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, görüşdə Ermənistandakı vəziyyət müzakirə olunub.

Qeyd edək ki, fevralın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan onun işdən azad olunması ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Ancaq Armen Sakrisyan baş nazirin təqdimatnı imzalamayıb. Ermənistan konstitusiyasına əsasən, silahlı qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir. Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir. Məsələ 8 gün ərzində öz həllini tapmazsa, baş nazirin təqdimatı qüvvəyə minəcək. Martın 4-də 8 gün tamam olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR