Gürcüstanda daha 360 nəfər koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 360 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.
Sfera.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 739, ölənlərin sayı isə 3 541 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 265 805 nəfərin sağaldığı bildirilir.
Ülvi
Sfera.az






