Logo

Elon Mask yeni şəhər salmağa qərar verdi

Elon Mask yeni şəhər salmağa qərar verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı iş adamı, Tesla və SpaceX-in qurucusu Elon Mask Texasda Starbase (Ulduz bazası) adlı bir şəhər inşa etməyə qərar verib.

Sfera.az  xəbər verir ki, Mask özünün Twitter mikrobloq səhifəsində gələcək şəhərin sahəsinin SpaceX buraxılış kosmodromunun yerləşdiyi Boka Çika kəndinin ərazisindən daha böyük olacağını elan edib.

Bundan əlavə, onun sözlərinə görə, bu şəhərdə itlərə çox yaxşı münasibət göstəriləcək. O, zarafatla şəhər merinin "doge" – doja (italyanca "doge" sözünün ingiliscə "dog"uyla (it) qarşılığı) titulu daşıyacağını deyib.

Qeyd edək ki, ötən ilin sonlarında Mask Kaliforniyadan Texasa köçdüyünü açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR