Logo

ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq etdi

ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

"Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR