Logo

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edir

Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Sfera.az  xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçilər imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var.

Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR