Logo

ABŞ və Fransa şirkətləri birgə peyvənd istehsal edəcək

ABŞ və Fransa şirkətləri birgə peyvənd istehsal edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fransanın "Sanofi” əczaçılıq şirkəti Lion şəhərindəki müəssisəsində ABŞ-ın "Johnson & Johnson” şirkətilə birgə koronavirusa qarşı peyvəndin istehsalına başlayacaq.

Sfera.az xəbər verir ki, "Sanofi”nin açıqlamasına görə, həmin müəssisədə "Janssen” peyvəndinin istehsalına dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində ayda 12 milyonadək doza peyvəndin istehsal olunacağı bildirilir.

Daha əvvəl "Sanofi” "Pfizer”-"BioNTech” peyvəndinin də 125 milyon dozasının istehsalı və tədarükündə iştirak etməsilə bağlı müqavilə imzalamışdı. "Sanofi” öz istehsalını cari ilin payızında təqdim etməyi nəzərdə tutur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR