Logo

Neft ABŞ-da hasilata görə bahalaşır

Neft ABŞ-da hasilata görə bahalaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Etalon markalı neftlərin qiymətləri bazar ertəsi baş tutan sövdələşmələr zamanı 1%-dən çox bahalaşıb.

Sfera.az "gazeta.ru”ya istinadən xəbər verir ki, mütəxəssislər artımın ABŞ-da neft hasilatının bərpası ilə bağlı qeyri-müəyyənliklə əlaqəli olduğunu düşünürlər.

Ticarət sövdələşmələrinin məlumatlarına görə, "Brent” markalı neftin aprel fyuçerslərinin dəyəri 1,29% artaraq bir barel üçün 63,72 ABŞ dolları təşkil edib. WTI markalı neftin qiyməti isə 59,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış səviyyəsindən 1,13% çoxdur.

Ekspertlərin fikrincə, bəzi şirkətlər Texasda neft hasilatını bərpa edib, lakin hasilatın tam bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ-da son 30 ilin ən güclü şaxtalı havası müşahidə olunur. 47 nəfər əlverişsiz havanın qurbanı olub, təxminən 300 min nəfər isə işıqsız və susuz qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR