Logo

Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi

Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.

Sfera.az xəbər verir ki, Ukraynada azərbaycanlıların "Analitika və İnformasiya Platforması" təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov  bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.

Kiyevin Peçersk rayon polisi artıq 1969-cu il təvəllüdlü ukraynalının ölümündə şübhəli bilinən həmyerlimizi saxlayıb. Rayon məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, hadisəyə səbəb olaraq azərbaycanlının avtomobili idarə edərkən piyada keçidinə çox yaxınlaşması və piyadanın buna təhqirlə reaksiya verməsi olub. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR