Putinlə Jirinovski arasında maraqlı dialoq: “Biz yetim qaldıq...”

Putinlə Jirinovski arasında maraqlı dialoq: “Biz yetim qaldıq...”
Rusiyada Dumada təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.

Sfera.az xəbər verir ki, bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.

Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb və deyib ki, əvvəl kilsələr birləşdi, o zaman ayrılacağını bilmirdik.

İkinci, ortodoks, yəni Konstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq Şərqdən türklər gəldi və 1453-cü ildə Konstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq:

"Biz katolik və ya xristian deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.

Putin isə cavab olaraq deyib: "Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...