"Diriliş Ərtoğrul"un məşhur aktyoru koronavirusdan öldü

Dünya
21:20 / 19.02.2021
1275
Türkiyədə daha bir aktyor koronavirusun qurbanı olub. "Diriliş Ərtoğrul” və "Qurdlar vadisi” kimi teleseriallarda oynadığı rollarla azərbaycanlı tamaşaçıların da yaxşı tanıdığı məşhur aktyor Toygun Atəş vəfat edib.
Sfera.az xəbər verir ki, tanınmış teatr və kino aktyoru COVID-19-dan həyatını itirib.
66 yaşlı aktyorda çəkilişlər üçün getdiyi Malatyada fevralın 6-da virus aşkarlanıb. Vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. Onda mutasiyalı koronavirus təsbit edilib.
Bütün müdaxilələrə rəğmən, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aktyor "Sirli kənd” filminin çəkilişləri üçün Malatyada olub.