Logo

ÜST-dən koronavirusla bağlı SEVİNDİRİCİ XƏBƏR

ÜST-dən koronavirusla bağlı SEVİNDİRİCİ XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.

Sfera.az xəbər verir ki, bu barədə ÜST rəhbəri "Twitter” hesabında yazıb.

Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, bu il indiyə qədər həftəlik olaraq bildirilən xəstə sayı 4 yanvar həftəsində 5 milyondan çox yoluxmadan fevral həftəsində 2,6 milyon yoluxmaya düşüb:

"Beş həftədə yoluxma haradasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib, amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq, geri qayıdacaq”.

(oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR