Logo

Aleksey Navalnıya yeni cinayət işi açıla bilər

Aleksey Navalnıya yeni cinayət işi açıla bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prokuror Yekaterina Frolova  Aleksey Navalnının hakimi və digər proses iştirakçılarını təhqir etməsi ilə bağlı materiallara ayrıca baxılması üçün Rusiya Federasiyasının İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə göndərilməsini xahiş edib.

Sfera.az-ın məlumatına görə, bu barədə  Moskvadakı Babuşkinski məhkəməsindən RİA Novosti xəbər verir.

Qeyd edək ki, əvvəlki məhkəmə iclaslarında Navalnıya hakimə, prokurora və iddiaçı tərəfin şahidlərinə qarşı aqressiv çıxışlarına görə dəfələrlə irad bildirilib.

Bu gün tərəflərin mübahisəsi gözlənilir, bu zaman prokuror məhkəmədən Navalnının cəzalandırılmasını istəyəcək, daha  sonra vəkillər və təqsirləndirilən şəxs  çıxış edəcəklər.

Tərcümə: Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR