Logo

"Türk hava yolları" Gəncəyə uçuşları bərpa etmək istəyir

"Türk hava yolları" Gəncəyə uçuşları bərpa etmək istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türk hava yolları" aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.

Sfera.az-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir: "Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq".

Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur. (Trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR