Tacikistanda 6 baladək zəlzələ oldu
Kateqoriya məlum deyil
Tacikistanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələ Murqab şəhərinin 35 kilometr qərbində olub.
Yerin 91,6 kilometr dərinliyində baş verən zəlzələdə dağıntı və tələfat barədə məlumat verilmir.






