Logo

Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi

Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Mozart" gəmisində girov götürülən 15 türk dənizçi xilas edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Yanvarın 23-də təşkil edilən hücumdan sonra heyətdən bu gün xoş xəbər alınıb. 15 dənizçi dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. Onlar 2-3 gün içərisində İstanbula gətiriləcəklər.

Xatırladaq ki, Qvineya körfəzində "Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR