Logo

ABŞ-dan Rusiyaya çağırış: Ukraynadan çıx!

ABŞ-dan Rusiyaya çağırış: Ukraynadan çıx!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq və Ukraynaya qarşı siyasətini dəyişdirməyincə, bu ölkəyə sanksiyalarını ləğv etməyəcək.

Sfera.az xəbər verir ki, bunu BMT TŞ-nın iclasında ABŞ nümayəndəsi Rodni Hanter deyib.

"Rusiyanın Krımı ilhaq etmək cəhdini heç vaxt qəbul etməyəcəyik. Ukraynanın şərqindəki təcavüzünə və Krımın işğalına cavab olaraq tətbiq olunan sanksiyalar Rusiya kursunu dəyişdirənə qədər qüvvədə qalacaq. Rusiyanı qüvvələrini Ukraynadan çəkməyə, silahlı qruplara dəstəyi dayandırmağa və Minsk razılaşmaları çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – Hanter bildirib. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR