Rusiyanın Hmeymimdəki bazası atəşə tutuldu
Kateqoriya məlum deyil
Suriyadakı Hmeymim hava bazası raket sistemləri ilə atəşə tutulub.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Atəşkəsə Nəzarət Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnik deyib.
Onun sözlərinə görə, hücum axşam saatlarında İdlibdəki silahlı birləşmələr tərəfindən edilib.
"Xəsarət alan və dağıntılar yoxdur. Rusiyanın Hmeymim aviabazası planlı rejimdə fəaliyyət göstərir”, - Sıtnik bildirib. (Axar.az)






