Logo

Tbilisidə “DQR”in bayraqlarını qaldırdılar

Tbilisidə “DQR”in bayraqlarını qaldırdılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan azərbaycanlıları adından ölkə prezidentinə və baş nazirə müraciət ünvanlanıb.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, QHT rəhbərlərinin imzaladığı müraciət Gürcüstanda erməni separatçılığının təbliğ olunmasına etiraz məqsədi daşıyır.

"Aprelin 23-24-də Gürcüstanın Axalkalaki, Axaltsixe və Batumi bölgələrində qondarma "Artsax” və "Kürdüstan” bayraqları, mayın 9-da isə Tiflisin mərkəzində yenə Dağlıq Qarabağ separatçılarının bayraqları və digər simvolları qaldırılıb.

Mayın 9-da Gürcüstan vətəndaşı olan bir qrup erməni Qələbə Günü əvəzinə, Azərbaycanın Şuşa şəhərinin işğal gününü qeyd edib. Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, ölkədə separatizmə hər hansı dəstək verilmir və şərait yaradılmır. Buna baxmayaraq, Gürcüstanda daxilindəki ekstremist qüvvələrin hərəkətləri cavabsız qalır”, - deyə sənəddə bildirilir.

Tbilisidə “DQR”in bayraqlarını qaldırdılar

Müraciətdə qeyd olunub ki, hakimiyyət orqanları bu üzdəniraq hərəkətlərə göz yumur və heç bir ölçü götürmür:.

"Nə üçün separatizmdən əziyyət çəkən Gürcüstan ölkənin paytaxtında belə simvolların yayılmasına imkan yaradır?! Bu, həm Gürcüstan dövlətinə, həm də dost Azərbaycana hörmətsizlikdir. Əgər indi bu ekstremist qüvvələrə qarşı ölçü götürülməsə, həmin qüvvələr Gürcüstanda öz mövqelərini daha da gücləndirəcəklər. Bu addımlar Gürcüstan xalqının marağında deyil və Gürcüstan dövlətçiliyini təhlükə altında qoyur”, - deyə müraciətdə vurğulanır.

Tbilisidə “DQR”in bayraqlarını qaldırdılar

Müraciət müəllifləri prezidentdən və baş nazirdən separatçı addımlara qarşı ölçü götürülməsini istəyiblər.

Tbilisidə “DQR”in bayraqlarını qaldırdılar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR