Logo

Almaniyada müsəlmanlara qarşı cinayətlər artır

Almaniyada müsəlmanlara qarşı cinayətlər artır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Almaniyada müsəlmanlara nifrət zəminində cinayətlərin sayı ötən ilin müqayisədə 2 faiz artıb.

Sfera.az xəbər verir ki, bu barədə "Osnabrücker Zeitung” qəzeti Almaniyanın Daxili İşlər Nazirliyinə istinadən yazıb.

Qeyd edilir ki, 2020-ci ildə müsəlmanlara və islam abidələrinə azı 901 hücum edilib. Hadisələrdən 7-i məscidlər ərazisində provokasiyalardan ibarət olub.

Hücumların çox hissəsi ultrasağ qruplaşmaların üzvləri tərəfindən təşkil olunub. Nəticədə 48 insan xəsarət alıb.

Almaniyada 2019-cu ildə müsəlmanlara, islam icmalarına və müsəlman şirkətlərinə 884 hücum təşkil edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR