Müxalifət Paşinyanın əleyhinə mitinq təyin etdi
Ermənistanın paytaxtında keçiriləcək respublika mitinqi 18 fevraldan 20 fevrala qədər - Qarabağ hərəkatının başlamasının 33-cü ildönümünədək təxirə salınıb. Sözügedən mitinq Azadlıq Meydanında (Opera Evinin qarşısında) baş tutacaq.
Sfera.az xəbər verir ki, bu barədə "Daşnaktsutyun” partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan özünün "Facebook” səhifəsində məlumat verib.
O, həmçinin "Mənim addımım” hakim blokunun parlament fraksiyasının deputatlarının Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşməsi ilə bağlı gecə yarısı yayılan xəbərlərə də münasibət bildirərək qeyd edib ki, ölkənin hazırkı rəhbərliyi hakimiyyətdə qalmaq üçün əzmkarlıq göstərməyə qərarlıdır və müxtəlif üsullara istəyinə nail olmağa çalışır.
"Amma məhz burada dəhşətli səhvə yol verir, çünki populist xainlər xalqı yalnız bir dəfə aldada bilər, ikinci dəfə isə bu mümkün olmayacaq ", - deyə Saqatelyan vurğulayıb və əlavə edib ki, bu hakimiyyətdən seçkilər yolu ilə xilas olacağını düşünən vətəndaşlar, indi küçələrə çıxacaq.
Müxalifətçi Ermənistanın baş naziri Nikol Paşinyanın erkən parlament seçkiləri keçirməsindən imtina etməsinin üç əsas səbəbini də açıqlayıb.
"Birincisi, baş nazir kürsüsündən dördəlli yapışan Paşinyan seçkilər yolu ilə özünü təsdiq etmək şansının olmadığını anladı, çünki bu sadəcə mümkün deyil; ikincisi, baş nazir buna getsə, öz komandası ilə ciddi problemlər yaşayacağını dərk etdi, çünki təsadüfən parlamentə düşən "sırt çantalarının” əksəriyyəti mandatlarını birdəfəlik itirmək təhlükəsi ilə üz-üzədir; üçüncüsü, onlar Hərəkatın söndüyünü düşünür və saxta gündəmləri ilə cəmiyyətin diqqətini az da olsa, yayındıra bilsələr, etdiklərinin həzm ediləcəyinə, unudulacağına ümidlidirlər”,-deyə "Vətəni Xilas Etmək Hərəkatı”nın koordinatoru vurğulayıb.Mənbə: News.am
Tərcümə: SelcanSfera.az






