Logo

Strateji hücum silahlarına dair müqavilə uzadıldı

Strateji hücum silahlarına dair müqavilə uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ ilə Rusiya arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START I (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb-red) müqaviləsinin uzadılmasına dair saziş qüvvəyə minib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, START I müqaviləsinin müddəti ilkin formada qalmaq şərtilə 2026-cı ilin 5 fevral tarixinədək uzadılır.

Xatırladaq ki, yanvarın 26-da ABŞ və Rusiya müqavilənin müddətini uzatmaqla bağlı diplomatik nota mübadiləsi aparıblar. Prezidentlər Cozef Baydenlə Vladimir Putin telefon söhbəti zamanı bundan məmnun olduqlarını ifadə ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR