Logo

Çexiyada quş qripi aşkarlandı

Çexiyada quş qripi aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çexiyanın Podoli kəndində (Beneşov rayonu) yerləşən təsərrüfatlardan birində quş qripinin yeni ştammı H5N8 aşkarlanıb.

Sfera.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, quş qripinin yeni ştammı 25 toyuğun ölümünə səbəb olub, təsərrüfatdakı digər 20 toyuq və 6 ördək zəruri epidemiya təhlükəsizliyi qaydalarına uyğun olaraq baytarlar tərəfindən öldürüləcək.

Qeyd edilir ki, quş qripinin yeni ştammına insanların yoluxma riski çox aşağı qiymətləndirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR