Logo

İstanbuldan Tiflisə uçuşlar bərpa edilir

İstanbuldan Tiflisə uçuşlar bərpa edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin "Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tiflisə birbaşa uçuşları bərpa edir.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd olunur.

"İstanbul - Tiflis - İstanbul” aviareysləri 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.

Ölkənin mülki aviasiya agentliyinin verdiyi məlumata görə, fevral ayında Gürcüstan Tiflisdən 12 ölkəyə müntəzəm uçuşlar həyata keçirəcək.

Hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR