İspaniya qarın cəngində: Limanlar bağlandı, yollar buzla örtüldü

12:00 / 01.02.2021
704
İspaniyada davam edən "Filomena" fırtınası səbəbilə otuzdan çox liman bağlanıb.
Soriya əyalətindəki Onkala, Qarray qəsəbələrində isə yollardakı buz qatı daha qalın olduğu üçün hazırda avtomobillə hərəkət etmək mümkün deyil.
Aysel
Sfera.az
Sfera.az ölkə mətbuatına istinadən xəbər verir ki, ölkənin demək olar ki, bütün şəhərlərində yollar buz bağlayıb.
Bu barədə Nəqliyyat Baş İdarəsinin yaydığı məlumata görə, son bir neçə saat ərzində ölkədə havanın temperaturu daha da aşağı düşdüyü üçün əsasən də, Soriya və Valyadolid əyalətlərindəki yollar təhlükəli hal alıb.
Məlumatda yalnız ikinci dərəcəli yolların buz bağladığı vurğulanır. Əsas yollar isə hələ də işləkdir. Buna baxmayaraq bütün sürücülərə zəncirlərdən istifadə etmələri üçün xəbərdarlıq edilib.
Aysel
Sfera.az