Dünyada son sutkada yarım milyondan çox yoluxma

00:00 / 01.02.2021
1815
Dünyada son bir gündə koronavirusa 501 mindən çox yoluxma qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 501 930 hal qeydə alınıb, "COVID-19”dan 11 986 pasiyent ölüb. Beləliklə, dünyada "COVID-19”a yoluxma hallarının ümumi sayı 102 083 344, ölüm hallarının sayı 2 209 195 təşkil edir.