Türkiyə F-16 qırıcı təyyarələrinin gücünü artıracaq

16:15 / 31.01.2021
2090
Türkiyə özünün havadan müdafiə sənayesində əsas qüvvəsi olan F-16 təyyarələrinin struktur müddətini 12 min saata qədər artırır.
Sfera.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir Twitter səhifəsindən etdiyi paylaşımda bu barədə bildirib:
"Hər təyyarədə 1200-1500 ədəd struktur hissənin yenilənməsi və düzəldilməsi üçün mühəndislik işləri aparılır. Lazım olan yerlərdə təmir və dəyişdirmə yolu ilə gövdə möhkəmlətmə tətbiqləri də həyata keçiriləcək”.