Logo

Rus general Arutyunyanla görüşdü

Rus general Arutyunyanla görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan İrəvanda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Sergey İstrakovla görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

İstrakov görüşdə qərargah danışıqları zamanı görülən işlərin nəticələri və gələcək birgə proqramlar barədə məlumat verib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 25-dən Ermənistanda səfərdədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR