Logo

Erməni Apostol Kilsəsi Paşinyandan əl çəkmir: “İstefa…”

Erməni Apostol Kilsəsi Paşinyandan əl çəkmir: “İstefa…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan baş nazirinin istefası ilə bağlı fikir və mövqeimiz dəyişməz qalır”.

Sfera.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də  "Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, ölkə heç vaxt bu qədər çətin vəziyyətə düşməmişdi, bu qədər itki olmamışdı: "Vətən heç vaxt belə təhdidlərlə qarşılaşmamışdı. Sabahkı günlə  bağlı qeyri-müəyyənlik xalqımızı heç vaxt bu dərəcədəb narahat etməmişdi. Yaranmış  vəziyyətdə təbii olaraq kilsə öz sözünü deməli idi”.

O, həmçinin Erməni Apostol Kilsəsinin Nikol Paşinyanın təcili  istefasını zəruri hesab etdiyini bir daha təsdiqləyib.
 
Mənbə: News.am
Tərcümə: Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR