Logo

Qarabağ işçi qrupunun gündəliyi açıqlandı

Qarabağ işçi qrupunun gündəliyi açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qarabağla bağlı üçtərəfli işçi qrupunun yanvarın 30-da keçiriləcək iclasında bölgədə nəqliyyat infrastrukturunun bərpası məsələsi müzakirə olunacaq.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Rusiya rəsmisi bu görüşlərin məhz baş nazir müavinləri səviyyəsində bundan sonra da keçirilib-keçirilməyəcəyinə dair konkret söz söyləməyib.

Xatırladaq ki, bu il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan, Vladimir Putin arasındakı görüş zamanı üçtərəfli danışıqlar formatı yaratmaqla bağlı razılıq əldə olunmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR