Logo

Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"

Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”.

Sfera.az "Aysor”a istinadən xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi qəbiristanlıqda jurnalistlərlə söhbətində bildirib.

Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandıran baş keşiş deyib: "Allah eləməsin, ancaq təhlükə həmişə var”.

Qaregin II deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: "Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstün təşkilatdır: "Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu, bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

Qaregin II qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: "Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR