Logo

Ukraynada Leninin sonuncu heykəli də söküldü - FOTO

Ukraynada Leninin sonuncu heykəli də söküldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq Ukraynada Vladimir Leninin açıq ərazidə yerləşən heç bir heykəli yoxdur.

Sfera.az xəbər verir ki, bu barədə "Svitanok” ictimai təşkilatının rəhbəri Vadim Pozdnyakov özünün "Facebook" hesabında paylaşım edib.

"Leninin Ukraynadakı sonuncu heykəli söküldü! (İşğal altındakı torpaqlar və zavod, sanatoriya kimi qapalı ərazilər istisna olmaqla). Həmin heykəl  Odessa vilayətinin İzmail rayonunun Starıye Troyanı kəndində yerləşirdi", - deyə V.Pozdnyakov bildirib.

Xatırladaq ki, 2015-ci ildə Ukraynada sovet simvolikasının təbliğatını qadağan edən "Kommunist və nasist rejimlərin pislənməsi haqqında” qanun qəbul olunub. Bu qanun əsasən sovet dövrünün dövlət xadimlərinin adını daşıyan şəhər və küçələrin adlarının dəyişdirilməsini əhatə edir.

Rusiyalı inqilabçı, marksizmin nəzəriyyəçisi Vladimir Lenin (1870-1924) 1917-ci ildə Rusiyada hakimiyyəti ələ keçirən Sosial-Demokratik Fəhlə Partiyasının yaradıcısı və SSRİ-nin qurucusu olub.

Ukraynada Leninin sonuncu heykəli də söküldü - FOTO

Ülvi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR