Logo

Qırğızıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Qırğızıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qırğız Respublikasının yeni seçilən prezidenti Sadır Japarov yanvarın 28-də and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova dövlətin rəmzləri olan döş nişanı və prezident ştandartını ona təqdim edib.

Qeyd edək ki, yanvarın 10-da Qırğız Respublikasında növbədənkənar prezident seçkisi keçirilib. Sadır Japarova səsvermədə iştirak edən seçicilərin 79,2 faizi səs verib. İkinci yerdə ölkə parlamentinin keçmiş sədri Adaxan Madumarov 6,7 faiz səs qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR