Logo

Bolqarıstanın vitse-prezidentində təhlükəli infeksiya aşkarlandı

Bolqarıstanın vitse-prezidentində təhlükəli infeksiya aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bolqarıstanın vitse-prezidenti İliana Yotovanın koronavirus testi müsbət nəticə verib.

Sfera.az-ın məlumatına görə, bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, vitse-prezidentdə COVID-19 infeksiyası aşkarlanıb.

"Vitse-prezident İliana Yotova bu gün koronavirus testi verib, testin nəticəsi müsbət olub. Vitse-prezident xəstəliyin yüngül əlamətləri ilə yaxşı vəziyyətdədir", - xəbərdə bildirilir.

Yanvarın 20-də onunla ünsiyyətdə olmuş Bolqarıstan Prezidenti Rumen Radev də koronavirus testi verib. Onun COVID-19 testinin nəticəsi mənfi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR