Logo

“Hazırda bu cür qaynar konflikt mümkün deyil” - Putin

“Hazırda bu cür qaynar konflikt mümkün deyil” - Putin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Davos İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Rusiya Prezidenti Vladimir Putin bir sıra maraqlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Putin çıxışında potensial dünya müharibəsinin nəticələri və dünyada artan sosial-iqtisadi gərginliklərə toxunub.

"Bildiyiniz kimi, bu kimi problemlərin həllində bacarıqsızlıq və iradəsizlik 20-ci əsrdə İkinci Dünya Müharibəsi fəlakəti ilə nəticələndi. Əlbəttə, hazırda bu cür qlobal və qaynar konflikt ümid edirəm ki, mümkün deyil. Mən buna çox ümid edirəm. Bu, sivilizasiyanın sonu demək olar”,- deyə Putin qeyd edib.

O, dünyanın iqtisadi inkişafında ciddi geriləmə yaşandığını, cəmiyyətlərdə sosial gərginliyin artdığını və dünyanın hamının- hamıya qarşı mübarizəsi ilə qarşılaşma ehtimalının olduğunu bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR