Logo

Kabildə İtaliya səfirliyinə məxsus avtomobil partladıldı

Kabildə İtaliya səfirliyinə məxsus avtomobil partladıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinin zirehli avtomobili partladılıb.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Tolo News” telekanalı məlumat verib.

Telekanal hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən bildirib ki, avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Mənbənin verdiyi məlumata görə, söhbət yerli işçilərin İtaliyanın diplomatik nümayəndəliyinə çatdırıldığı avtomobildən gedir.

Hələlik hücuma görə məsuliyyəti üzərinə heç kim götürməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR