Əhali narahatlıq içindədir: COVID-19-a qarşı peyvəndləmə prosesində şəffaflıq qorunurmu?

Əhali narahatlıq içindədir: COVID-19-a qarşı peyvəndləmə prosesində şəffaflıq qorunurmu?
COVID-19-a qarşı peyvəndləmə prosesinin başladığı ölkələrdən biri də Ekvadordur. 
 
Sfera.az "Eluniverso.com" istinadən xəbər verir ki, Ekvadorda hökumətin peyvəndləmə siyasətini tənqid edənlər artıb. 

Belə ki, ölkədə ilkin mərhələdə tibb işçilərinin, yaşlıların və güc strukturlarının əməkdaşlarının peyvəndlənəcəyi açıqlansa da, bu plana sadiq qalınmadığı ilə bağlı iddialar var. 

Hökumət məsələ ilə bağlı xalqın narazılığını nəzərə alaraq, peyvəndləmə prosesinə nəzarətin gücləndirildiyini və peyvəndin ilk öncə ehtiyacı olanlara vurulmasını təmin etmək üçün şəffaflıq komissiyası yaradılacağını açıqlayıb. 

Səhiyyə naziri Xuan Karlos Zevallos bildirib ki, artıq hökumət peyvəndləmə prosesi ilə bağlı dörd tədbir görüb. Buna prosesə beynəlxalq bir şirkətin və şəffaflıq komissiyasının nəzarət etməsi, həmçinin pilot mərhələyə düzəlişlərin edilməsi daxildir. 

Ekvador Tibb Federasiyasının prezidenti olan Santiaqo Karrasko isə bütün bunların kifayət etmədiyini, akademiklər, Həmkarlar ittifaqları və kilsələrin də nəzarət prosesinə cəlb edilməli olduğunu vurğulayıb. 

Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyası da məsələ ilə bağlı açıqlama yayaraq peyvəndləmə prosesində kimlərin prioritet olacağının sosial nəzarətçilər tərəfindən təsdiqlənməsinin daha məqsədəuyğun olduğunu bildirib. 

Qeyd edək ki, ölkədə xalqın peyvəndlərlə bağlı dələduzluğa məruz qalmaması üçün də nəzarət sistemi var. Belə ki, başda prokurorluq və polis işçiləri olmaqla, bir çox qurumun əməkdaşları COVID-19-un müalicəsi kimi təklif olunan məhsulların satışını aşkarlamaq və məhdudlaşdırmaq üçün birgə tədbirlər həyata keçirirlər.

Vaksinlərin Ekvadora gətirilməsi və paylanması ilə bağlı səlahiyyət təkcə Səhiyyə Nazirliyinə verilib. Hökumət isə vətəndaşlardan peyvəndlərin sosial şəbəkələrdə qeyri-qanuni satılması ilə bağlı hallarla qarşılaşdıqda polisə xəbər verməklərini xahiş edir. 

Ölkədə neçə nəfərin peyvəndləndiyi ilə bağlı isə dəqiq rəqəm açıqlanmayıb. Səhiyyə nazirliyi bunun məxfilik və təhlükəsizliklə bağlı olduğunu bildirir. 

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...