Rusiyalılar nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləmirlər – SORĞU

Rusiyalılar nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləmirlər – SORĞU
Rusiyalılar ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar.
Oxu.Az "İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində, 1,6 min nəfər arasında keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.
Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar. Məlum olub ki, Rusiya əhalisinin 72%-i bu barədə eşidib. Bu, 2014-cü ilin analoji göstəricisini (45%) əhəmiyyətli dərəcədə üstələyib.
Bu gün rusların 71%-i (2014-cü ildə 57%) münaqişənin sülh yolu ilə həllini mümkün hesab edir.
Bununla yanaşı, əhalinin 15%-i buna inanmır. Neqativ proqnozu əsasən Moskva və Sankt-Peterburq (20%) şəhərlərinin sakinləri, eləcə də qeyri-parlament partiyalarının tərəfdarları (21%) veriblər.
Bu gün 44% hesab edir ki, qan tökülməsinin qarşısını almaq üçün Rusiya bu münaqişədə vasitəçi rolunda çıxış etməlidir. İki il bundan öncə əhalinin dörddə bir hissəsi (25%) bu fikirdə idi.
36% düşünür ki, Rusiya müşahidəçi mövqeyində dayanmalıdır. 2014-cü ildə bu göstərici 60%-ə çatırdı. 
Rusların 4%-i Ermənistan və separatçı "Dağlıq Qarabağ”ın, 2%-i isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir.
Rəyi soruşulanların 1/4-i (26%) Dağlıq Qarabağın "müstəqil” olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür.
Respondentlərin əksəriyyəti (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
Rusiyalıların 35%-nin fikrincə, Rusiyanın milli maraqlarından çıxış etdikdə, Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi münaqişənin həlli üçün ən yaxşı variantdır.
Rusiyalıların 9%-i Qarabağın Ermənistanın, 6%-i isə Qarabağın Azərbaycanın tərkibində olmasını öz ölkəsinin marağında olacağını hesab edir.
Bununla yanaşı, rusiyalıların 18%-i Dağlıq Qarabağın taleyinin Rusiyanın maraqları üçün heç bir əhəmiyyət kəsb etmədiyini düşünür.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...