Hulusi Akar İraqa getdi

Dünya
13:28 / 18.01.2021
1868
Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər İraqın paytaxtı Bağdadda rəsmi səfərdədir.
Sfera.az "A Haber”ə istinadən xəbər verir ki, səfər çərçivəsində müzakirə ediləcək əsas mövzunun terrorla mübarizədə Türkiyə ilə İraq arasındakı əməkdaşlığın olacağı bildirilib.
Akar və Gülərin İraq Prezidenti Bərham Saleh, Baş nazir Mustafa əl-Kazimi və müdafiə naziri Annad Sədun ilə görüşəcəyi qeyd olunub.