Logo

Donald Trampın sosial şəbəkə səhifələri açıldı

Donald Trampın sosial şəbəkə səhifələri açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Prezidenti Donald Trampın "Facebook” və "İnstagram” sosial şəbəkəsindəki daha əvvəl bağlanmış səhifələri yenidən açılıb.

Sfera.az xəbər verir ki, "Facebook” hesabında bu yaxınlardakı iğtişaşların iştirakçılarına rəğbət ifadə olunduğu güman edilən son paylaşımlar silinib.

Bundan əvvəl "Facebook” Donald Trampın səhifələrinin vəzifədən getməsinədək bağlı qalacağı açıqlanmışdı. "Facebook” şirkətinin rəhbəri Mark Zukerberq D.Trampın sosial şəbəkə vasitəsilə yenidən tərəfdarlarına müraciət etməsi ehtimalının hələ də qaldığını irəli sürüb.

Xatırladaq ki, yanvarın 6-da Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları 3 noyabr seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz nümayişi keçirib, sonra da Konqres binasına hücum edərək keçirilən iclası pozublar. Baş verən iğtoşaçşlar nəticəsində iki nəfərin öldüyü bildirilir. Həmin hadisədən sonra Donald Tramın sosial şəbəkələrindəki bütün səhifələri bağlandı, "Twitter” səhifəsi hələ də açılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR