Moskvada məktəblər açılır

Moskvada məktəblər açılır
Moskva məktəblərinin bütün siniflərinin şagirdləri 18 yanvardan etibarən normal təhsil rejiminə qayıdacaq.

Sfera.az  xəbər verir ki, müvafiq fərman Moskva meri Sergey Sobyanin tərəfindən imzalanıb.

"Uşaqlar evdə qalmaqdan bezdilər. Ancaq məktəblilər arasında yoluxmanın artma riski hələ də çoxdur. Buna görə də məktəblər mümkün qədər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”, - deyə Sobyaninin rəsmi saytında dərc olunan məlumatda bildirilib.

Sobyanin qeyd edib ki, məktəblilər üçün nəqliyyat kartları açılacaq. Əgər hər hansı bir sinifdə şagirdlərdən biri xəstələnərsə, bütün sinif müvəqqəti olaraq distant təhsilə keçəcək.

Meriya bütün digər məhdudiyyətləri 21 yanvaradək uzadıb. Bu dövrdə Moskvanın universitet və kollecləri, idman məktəbləri və digər təhsil müəssisələri məsafədən fəaliyyət göstərəcək.
 
Ərhun


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...