Logo

Amerikalı milyarder vəfat etdi

Amerikalı milyarder vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Las Vegas Sands”ın qurucusu, amerikalı milyarder Şeldon Adelson 88 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə "Las Vegas Sands” şirkətinin saytında məlumat verilib. Lenfomadan əziyyət çəkən iş adamının vəziyyətinin ağırlaşdığı, bu səbəbdən öldüyü bildirilir.

"Forbes” jurnalının 2020-ci ilin iyul ayında verdiyi məlumata görə, Şeldon Adelson 30,8 milyard dollar sərvətlə dünyanın ən zəngin insanları sıralamasında 28-ci sırada yer alıb.

Adelson ABŞ Respublikaçılar Partiyasının və Donald Trampın seçki kampaniyasının əsas sponsorlarından biri olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR