Yerə daha bir təhlükəli asteroid yaxınlaşır

Yerə daha bir təhlükəli asteroid yaxınlaşır
Yaxın iki gün ərzində Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək.

Sfera.az-ın məlumatına görə, bu barədə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) bildirib.

Qeyd olunur ki, 2020 WU5 asteroidi 2020-ci il noyabrın 29-da aşkar edilib. Mütəxəssislərin fikrincə, asteroidin diametri 1,1 kilometrə çatır.

Proqnozlara əsasən, asteroid Yerə 7,5 milyon kilometr məsafəyədək yaxınlaşa bilər. Bu, məsafə Yer planeti üçün potensial təhlükəli hesab olunur.

OXŞAR XƏBƏRLƏR