Logo

Məşhur jurnalistin qətlini araşdıran müstəntiq öldü

Məşhur jurnalistin qətlini araşdıran müstəntiq öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyalı məşhur telejurnalist Vladislav Listyevin qətlinin istintaqını aparmış keçmiş müstəntiq Pyotr Triboy koronavirusdan ölüb.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı deputat Aleksandr Xinşteyn məlumat yayıb.

"Kədərli xəbər. İndiyə qədər Vladislav Listyevin qətli də daxil olmaqla, bir çox səs-küylü işləri araşdıran Baş Prokurorluğun ən iddialı müstəntiqlərindən olan dostum Pyotr Triboy vəfat etdi”, - Xinşteyn bildirib.

Qeyd edək ki, rusiyalı məşhur telejurnalist Vladislav Listyev 1995-ci ildə naməlum şəxslər tərəfindən evinin qaşısında qətlə yetirilmişdi. Pyotr Triboy 1997-ci ildən 2000-ci ilə qədər qətlin araşdırılmasına rəhbərlik edib. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR