Fəxrəddin Qoca peyvəndlərlə bağlı şad xəbər verdi

Dünya
16:17 / 06.01.2021
1748
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yerli koronavirus peyvəndi ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, nazirölkədə hazırlıq prosesi davam edən 17 peyvənddən birinin insanlar üzərində ikinci sınaq mərhələsinə gəldiyini bildirib.
Onun sözlərinə görə, həmin peyvənd aprel ayında son sınaq mərhələsinə çatmış olacaq.
Nazir hazırda 5 peyvəndin insanlarda sınaqdan keçirilməsi üçün Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinə (TİTCK) müraciət edildiyini də diqqətə çatdırıb.
Jalə Mehdi
Sfera.az