Logo

Saakaşvilinin partiyasına yeni sədr seçildi

Saakaşvilinin partiyasına yeni sədr seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçilib.

Sfera.az xəbər verir ki, dekabrın 21-də start verilən səsvermə prosesi dekabrın 25-i saat 21:00-da başa çatıb. Nika Meliya onlayn səsvermə yolu ilə Gürcüstanın əsas ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri seçilib.

Dörd gün davam edən onlayn səsvermədə partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak ediblər.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyası 2001-ci ildə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfindən təsis olunub. M.Saakaşvilidən sonra VMHP-yə rəhbərlik edən Qriqol Vaşadze bu il dekabrın 15-də siyasi qurumun sədri vəzifəsindən istefa verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR