Artıq 3,5 milyon nəfər koronavirusdan peyvənd olunub
Kateqoriya məlum deyil
Koronavirus
infeksiyasına qarşı 7 ölkədə insanlara peyvənd vurulmasına başlanılıb.
Sfera.az. xəbər verir ki, hazırda dünyada peyvəndlənmə sayı 3,5 milyona yaxınlaşır. Bunun yarısından çoxu ABŞ və Çin vətəndaşlarıdır.
25 dekabr tarixindən etibarən ABŞ, Çin, Rusiya, Kanada, İsrail, İngiltərə və Bəhreyn yaşlılara və səhiyyə işçilərinə ilk peyvənd vurulmasına başlanılıb.
İndiyədək bu yeddi ölkədə 3.23 milyon doza peyvənd paylanıb. 1.01 milyon doza ilə ABŞ birinci, Çin isə bir milyon doza ilə ikinci gəlir.






