Logo

Fransada silahlı hücum: 3 jandarm öldürüldü, 1-i yaralandı

Fransada silahlı hücum: 3 jandarm öldürüldü, 1-i yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fransanın Püi-de-Dom departamentində (rayon) 3 jandarm öldürülüb, 1-i yaralanıb.

Sfera.az  "France İnfo”ya istinadən xəbər verir ki, bu barədə Fransa prokurorluğundan bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın damında gizlənən qadını xilas etmək üçün hadisə yerinə gedib. Orada 48 yaşlı kişi onlara silahlı hücum edib. Bundan sonra həmin kişi binanı yandırıb.

Hadisənin səbəbi araşdırılır.

Ərhun

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR