Milad günü sərt karantinə keçirlər
Kateqoriya məlum deyil
Avstriyada koronavirusa yoluxanların sayının artmasından sonra məktəblər və iş yerləri 3 həftəlik bağlanacaq.
Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Sebastian Kurz keçirdiyi mətbuat konfransında bildirib.
O, Milad günü ölkənin yenidən sərt karantin rejiminə keçəcəyini açıqlayıb.
Supermarketlər və apteklər istisna olmaqla mağazalar, iş yerləri, məktəblər bağlanacaq. Distant təhsil tətbiq olunacaq.
Ərhun






