Logo

Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişdi

Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan 73 yaşında dünyasını dəyişib.

Sfera.az "Hürriyet”ə istinadən xəbər verir ki, Ə.Ərdoğan koronavirus səbəbindən müalicə aldığı Kocaeli dövlət xəstəxanasında vəfat edib. Koronavirus testi pozitiv çıxan Əhməd Ərdoğan süni tənəffüs cihazına bağlı olub.

O, doğma yurdu Rizenin Güneysu rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Əhməd Ərdoğan Rəcəb Tayyib Ərdoğanın böyük qardaşı Həsən Ərdoğanın oğludur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR